RU

Barselona nın futbolçusu Türkiyə 1 ci Liqasında çıxış edəcək

ain.az bildirir, Fanat saytına əsaslanaraq.

Türkiyə 1-ci Liqasının iddialı klublarından "Vanspor" transfer çalışmalarını davam etdirir.

Fanat.Az xəbər verir ki, klub bu dəfə İspaniyanın nəhəngi “Barselona”nın ikinci komandasında çıxış edən İvan Sedriki heyətinə cəlb edib.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, 21 yaşlı hücumameylli futbolçu icarə əsasında mövsüm sonuna qədər "Vanspor"un formasını geyinəcək. Transferin detalları rəsmi olaraq açıqlanmasa da, gənc futbolçunun oynamaq təcrübəsi qazanması üçün belə bir addım atıldığı bildirilir.

Qeyd edək ki, İvan Sedrik “Barselona B”nin heyətində sürətli və texniki oyun tərzi ilə seçilib və gələcək vəd edən istedad kimi tanınır. "Vanspor" rəhbərliyi futbolçunun komandaya hücum gücü qatacağına inanır.

Kamil Xudiyev

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.

Abunə Ol

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
22
1
fanat.az

2Источники