RU

ABŞ İraqı xəbərdar etdi: Hücumlar davam edərsə, sanksiyalar tətbiq olunacaq

Gununsesi saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

ABŞ administrasiyası İraq hökumətini xəbərdar edib ki, İraq Kürdüstanı və digər həyati əhəmiyyətli hədəflərə hücumlar davam edəcəyi təqdirdə, bu hücumları birbaşa və ya dolayısı ilə dəstəkləyən şəxslərə, qruplara və maliyyə institutlarına qarşı sərt sanksiyalar tətbiq olunacaq.

Gununsesi.info xəbər verir ki, bu barədə Livanın “Əl-Əxbar” qəzetinə İraq hökumətindəki yüksək vəzifəli mənbə məlumat verib.

Mənbənin sözlərinə görə, Vaşinqton xüsusilə Kərkük və Ninəva əyalətlərində yerləşən neft yataqlarını diqqət mərkəzinə alıb. ABŞ tərəfi dron hücumlarına nəzarətsizlik və ya təhlükəsizlik zəifliyi nəticəsində bölgədəki hədəflərə ediləcək hücumların qarşısı alınmasa, bunun açıq cavab tədbirləri ilə – o cümlədən maliyyə sanksiyaları və hədəfli zərbələrlə nəticələnə biləcəyini bildirib.

Mənbə qeyd edib ki, ABŞ bu addımı bölgədə sabitliyin pozulmaması və enerji infrastrukturunun təhlükəsizliyinin təmin olunması üçün vacib hesab edir.

Gununsesi.info

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
38
icma.az

1Источники