RU

"Qarabağ" braziliyalı futbolçu ilə maraqlanır

“Qarabağ” heyətini yeni futbolçu ilə gücləndirə bilər. Söhbət İsrailin “Hapoel” (Beer-Şeva) klubunun dayaq yarımmüdafiəçisi Lukas Venturadan gedir.

Operativ Media xəbər verir ki, bu haqda "Kotasport" məlumat yayıb.

Ağdam təmsilçisi braziliyalı futbolçunu təcili transfer etmək istəyir və bu məqsədlə böyük miqdarda pul ödəməyə hazırdır. Həmçinin, “Qarabağ” ona hazırkı klubunda aldığı maaşdan xeyli çox gəlir təklif edib. 

İddiaya görə, Ventura ilə ÇSKA (Sofiya) və "Hapoel Təl Əviv" də maraqlanır. Amma Venturanın “Qarabağ”a keçidə razılıq verəcəyi ehtimal edilir.

Избранный
30
operativmedia.az

1Источники