Daha bir futbolçumuz karyerasını Qırğızıstanda davam etdirməyə yaxın idi.
"Football-plus.az" xəbər verir ki, son mövsümü “Kəpəz”də keçirən yarımmüdifəçi Elmir Tağıyev Qırğızıstanın “Dordoy” klubuna transfer oluna bilərdi. Belə ki, klub futbolçu ilə maraqlanıb, Qırğızıstana da aparıb. Bəs nədən transfer reallaşmadı?
“Football-plus.az” futbolçunun özü ilə əlaqə saxlayıb, suallara cavab axtarıb.
- “Dordoy”la anlaşmışdın, hətta Qırğızıstana da getmişdin, lakin qayıtdın. Hansı səbəbdən? Maliyyə məsələlərində anlaşa bilmədin, yoxsa başqa problem oldu?
- Düzdü, ora getmişdim. Maliyyə əvvəldən danışılmışdı, hər şey qaydasında idi. Komanda da indi çempionatda 2-ci yerdədi. Şərait xoşuma gəlmədi deyə, qayıtdım.
- Nə xoşuna gəlmədi? Necə idi vəziyyət?
- Əsas problem məşq etdikləri stadionla bağlıdı. Şəraiti yaxşı deyildi.
- Sən də Qırğızıstana gedən başqa futbolçular kimi Qvanzav Maqomedovun vasitəçiliyi ilə getmişdin?
- Yox, mənim menecerim başqadı.
- “Kəpəz”dən ayrıldın. Təkliflərin var?
- Xarici klublarla danışıqlar gedir.
- Sirr deyilsə, hansı ölkənin klubları olduğunu deyə bilərsən?
- Bunu mən də bilmirəm. Bir-iki komanda ilə danışıqlar gedir.
MÜZƏFFƏR QULUZADƏ
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта