Yeni mövsümdən Misli Premyer Liqasında iştirak edəcək "Karvan-Yevlax" klubu niderlandlı sağ cinah müdafiəçisi Şaquill Snonu heyətinə qatıb.
Yenisabah.az xəbər verir ki, bu barədə bölgə təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Futbolçu ilə 1 illik müqavilə imzalanıb. Dördpendirli pizza
Qeyd edək ki, 29 yaşlı oyunçu son olaraq Maltanın “Gzira” klubunun formasını geyinib. "Ayaks"ın yetirməsi Niderlandda “Telstar”, Norveçdə “Aalesund”, Bolqarıstanda “Lokomotiv Plovdiv", Rumıniyada “Botosani” və “Mioveni” komandalarında da çıxış edib.
Telegram kanalımız