RU

Azərbaycan Qazaxıstandan taxıl idxalını 120 dəfə artırıb

2024-cü ilin sentyabrından 2025-ci ilin iyuluna qədər Qazaxıstan xarici ölkələrə taxıl ekvivalentində 12,4 milyon ton taxıl və un ixrac edib ki, bu da 2023-2024-cü ilin analoji dövrü ilə müqayisədə 34 faiz (9,3 milyon ton) çoxdur.

Xezerxeber.az xəbər verir ki, Qazaxıstan Respublikası Kənd Təsərrüfat Nazirliyi məlumat yayıb.

Məlumata görə, yeni məhsul olan taxıl və unun Azərbaycana tədarükü 120 dəfə - 6 min tondan 723 min tona qədər artıb.

Qeyd edilir ki, Qazaxıstanın taxıl tədarükçüləri Azərbaycan, Gürcüstan və Türkiyəyə son 5 il ərzində dayandırılan ixracı bərpa ediblər.

Избранный
22
12
xezerxeber.az

10Источники