Vyetnamda güclü yağışların səbəb olduğu sel və torpaq sürüşmələri 8 nəfərin həyatına son qoyub, itkin düşən 3 nəfərin tapılması üçün axtarışlara başlanılıb.
Xalqcebhesi.az xəbər verir ki, Vyetnam Xəbər Agentliyinin məlumatına görə, ölkənin şimalındakı Dien Bien bölgəsində yağan güclü yağışlar sel və torpaq sürüşməsinə səbəb olub.
Yolların bağlanması 30 kəndə giriş-çıxışı kəsib, bir çox kəndin təxliyəsi barədə göstəriş verilib.
Hanq Pu Xi kəndində 14 evi sel suları aparıb.
Təbii fəlakətlər nəticəsində 8 nəfər ölüb, 3 nəfərin taleyindən xəbər yoxdur. Çoxlu yaralı xəstəxanalara çatdırılıb.
Axtarış-xilasetmə qrupları itkin düşən 3 nəfərin axtarışlarını davam etdirir.
Məryəm Quliyeva