"Mançester Siti"nin hücumçusu Erlinq Holand Norveç və ABŞ millilərinin dünya çempionatını qazanmaq şanslarından danışıb.
Fanat.Az xəbər verir ki, "Time" ulduz futbolçunun fikirlərini belə təqdim edib:
"Düşünürəm ki, Norveç heç vaxt dünya çempionu olmayacaq. Biz DÇ-2026-ya vəsiqə qazansaq, bu elə başqa böyük ölkənin çempionluğuna bərabər sayılacaq. Bunu bacarsaq, Osloda inanılmaz bayramlar olacaq. Tarixin ən böyük ziyafətini keçirəcəyik.
Demək istəmirəm ki, ABŞ heç vaxt DÇ-ni qazana bilməyəcək. Birdən onlar qalib gəldilər? Onların çempion olmaq şansı 1 faizdirsə, deməli, Norveçin 0,5 faiz şansı var".
Norveç 1998-ci ildə dünya çempionatında oynayıb və 1/8 finala yüksəlib.
Növbəti dünya çempionatı 2026-cı ildə ABŞ, Kanada və Meksikada keçiriləcək.