Boy artımı müəyyənyaşa qədər davam edir. Oğlan və qız uşaqlarında bu fərqlidir. Uşağın sümük sisteminin inkişafınıvə boy uzanmasını vaxtında müəyyən etmək lazımdır.
“Medicina” xəbər verir ki,endokrinoloq Ziya Qurbanov boy uzanmasının neçə yaşa kimi olmasını açıqlayıb.
“Oğlanlarda 18 yaşdan qığırdaq sümükləri tambərkidiy,formalaşdığı üçün boy inkişafı daha mümkün olmur, qızlarda isə bu yaş 16-dır. Bunu sümük yaşına baxaraq təyin edirik.
Uşaqlardaoynaq toxumaları zaman keçdikcə bərkiyir, sümükləşir.Çox zaman artıq oğlanlarda da bu boşluqlar, qığırdaq toxumaları sümüklə əvəz olunub. Ona görə inkişafgetdikcə azalır. 10 yaşlı qızla 16 yaşlı qızın qığırdaq toxumaları arasında fərq çox olur.
16-18 yaşda qısa boyluluğa görə müraciət edəndə, boy hormonal müalicə də təyin edə bilmirik. Çünki sümüklər uzununa deyil, eninə böyüməyə başlayır”.
Aygün Musayeva