RU

Modi Pakistanı hədələyib: Yeni hücum olsa, raket zərbələri vurulacaq

ain.az, Bizimyol portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Pakistandan Hindistana hər hansı yeni terror hücumu Rusiya-Hindistan birgə müəssisəsində istehsal olunan "BrahMos" qanadlı raketlərindən istifadə etməklə qəti şəkildə dayandırılacaq.

Bizimyol.info xəbər verir ki, bunu Hindistanın baş naziri Narendra Modi deyib.

“İndi "BrahMos" raketləri Laknauda (Hindistanın Uttar Pradeş ştatı) istehsal olunacaq. Pakistan yenidən günah işlətsə, Uttar Pradeşdə istehsal edilən raketlər terrorçuları məhv edəcək”, - deyə Modi Varanasidə çıxış edərkən deyib.

"Pakistanda "BrahMos"un sadəcə xatırlanması insanları gecələr oyaq saxlayır. Uttar Pradeşdən gələn "BrahMos" raketləri yeni bir hücum halında terrorçuları məhv edəcək", - deyə o vurğulayıb. Hindistanın Baş naziri həmçinin qeyd edib ki, dünya ictimaiyyəti “Sindoor” əməliyyatı zamanı Hindistanın müdafiə sistemlərinin effektivliyini artıq görüb, xüsusilə hava hücumundan müdafiə sistemləri, raketlər və dronları Hindistanın özünü təmin etmək istiqamətindəki kursunun gücünün sübutu kimi qeyd edib.

"BrahMos" Rusiyanın Hərbi sənaye kompleksi və Hindistan Müdafiə Nazirliyinin Müdafiə Araşdırmaları və İnkişafı Təşkilatı (Defence Research & Development Organisation) tərəfindən hazırlanıb. 1995-ci ildə raketin istehsalı üçün "BrahMos Aerospace" adlı birgə müəssisə yaradıldı. Raket quru, dəniz və havadan buraxılan versiyalarda mövcuddur.

Mayın 11-də Lakxnauda "BrahMos" raketlərinin istehsalı üzrə yeni zavod istifadəyə verilib. Obyekt 81 hektar ərazini tutur və 3 milyard rupi (35 milyon dollar) dəyərində qiymətləndirilir. Zavodun hər il 80-dən 100-ə qədər "BrahMos" mövcud versiyaları istehsal edəcəyi gözlənilir. Təxminən bir ildən sonra müəssisə hər il 100-dən 150-yə qədər yeni nəsil "BrahMos-NG" raketləri istehsal edəcək. KİV-in məlumatına görə, 300 km-dən çox uçuş məsafəsi ilə "BrahMos-NG" orijinal versiyadan çəkisinin yarıdan çoxu ilə fərqlənəcək - sələfi üçün 2,9 tona qarşı 1,29 ton olacaq.

Qadir, Bizimyol.info

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
75
bizimyol.info

1Источники