ain.az, Cebheinfo portalına istinadən məlumatı açıqlayır.
Təklik çox zaman bir anda deyil, fərqinə varmadan etdiyimiz vərdişlərlə başlayır.
Bəzi davranışların sizi qoruduğunu düşünsəniz də, əslində ətrafınızla aranızda görünməz divarlar yaradır. Bilmədən hördüyünüz divarlar sonradan sizi dünyadan təcrid etməyə başlayır.
"Cebheinfo.az" həmin davranışları təqdim edir.
1. Hər zaman öz başının çarəsinə baxmaq
Başqalarına güvənməmək və hər şeyi təkbaşına həll etmək zamanla sizi sosial mühitdən uzaqlaşdırır. Bu davranış sizi güclü göstərə bilər, amma eyni zamanda ehtiyaclarınızı görməzdən gəlməyinizə səbəb olar.
Belə bir vəziyyətdə kiçik yardımlar istəməyi sınaqdan keçirin. Bir dostunuzdan sizin üçün kiçik bir yardım etməsini xahiş edin. Bu kimi addımlar yardım istəməyi beyninizdə təhlükə deyil, əlaqə qurmanın təbii bir yolu halına gətirəcək.
2. Hissləri bastırmaq
Daim məşğul olmaq, emosional ehtiyaclarınızı görməzdən gəlməyin gizli forması ola bilər.
O zaman plansız alış-verişə çıxın. İşə 10 dəqiqə tez gedib kiminləsə söhbət edin. Bu rutin xarici anlar sizi həyata və ətrafınıza daha möhkəm bağlayacaq.
3. Hisslərinizi həddindən artıq izah etmək
Hissləri izah etmək, onları anlamaqdan çox onlardan qaçmaq üsulu ola bilər. Daim özünüzü izah etməyə çalışmaq, özünüzə qarşı mərhəmət göstərməyinizin qarşısını alır.
Bu zaman hər gün özünüzə bir dost kimi yanaşın. Məqsəd mükəmməllik deyil, hissləri anlamağı öyrənməkdir.
4. Əlaqələri hesab-kitab üzərində qurmaq
Əgər münasibətlər yalnız qarşılıqlılığa əsaslanırsa, səmimiyyət yerini gözləntilərə verir. Bu da insanları sizdən uzaqlaşdırır.
Bu duruda heç bir qarşılıq gözləmədən birinə yaxşılıq edin. Bu addım, dostluqda güvəni və səmimiyyəti gücləndirəcək.
5. Rədd edilmək qoxusunu böyütmək
Yeni sosial mühitə daxil olmaq və ya biri ilə əlaqə qurmaq qorxuducu ola bilər. Lakin beyninizdə qurduğunuz ssenarilərin əksəriyyəti reallıqda baş vermir.
Yaranmış situasiyaya uyğun "Risk pilləkəni" yaradın. Sosial addımları kiçikdən böyüyə sıralayın: bir paylaşımın altına emoji qoymaq, kiməsə mesaj yazmaq, tədbirə qatılmaq kimi. Hər addımdan sonra özünüzə “özümü necə hiss etdim?” sualını verin.
6. Həmişə xəbər verən tərəf olmaq
Yalnız xəbər verib heç nə istəməmək sizi həmişə “kömək edən” biri kimi tanıdacaq. İnsanlar sizi şəxsiyyətinizə görə deyil, onlara verdiyiniz faydalar üçün axtaracaq.
Bu proses zamanı qarşı tərəfdən kiçik bir xahiş edin və bu kömək üçün təşəkkürlə kifayətlənin, yəni geri ödəməyə çalışmayın. Yardım istəmək sizi zəif biri etməz.
7. Səthi söhbətlərlə yetinmək
Dərin münasibət qura bilməyən insanlar üçün səthi söhbətlər özlərini güvənli hiss etdirməyə kömək edə bilər. Amma bu, təklik hissini daha da artırır.
İnamınızı test etmək üçün "Bir addım daha dərinə" qaydasını sınaqdan keçirin. Məsələn, "İşlər çoxdur" demək yerinə, "Yeni bir layihəyə başlayıram və bu məni həyəcanlandırır" deyin.
8. İçindən gəldiyi kimi hərəkət etməmək
Sıx gündəlik və planlar sizi nizamlı göstərsə də, həyatın gözəlliklərini qaçırmanıza səbəb ola bilər.
Onda özünüzə hər gün bir-iki saatlıq boş zaman ayırın. Bu vaxta heç bir plan qoymayın. Bəlkə kimləsə qəhvə içərsiniz, ya da sadəcə gəzintiyə çıxarsınız. Amma bu boşluq, həyatla yenidən əlaqə qurmağınız üçün bir pəncərə olacaq.
Əfsanə Rəcəb
"Cebheinfo.az"
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.