RU

“Liverpul”u “Lion”a dəyişməyə yaxındır

“Liverpul”un dayaq yarımmüdafiəçisi Tayler Morton karyerasını Fransada davam etdirə bilər.

90deqiqe.Az-ın məlumatına görə, “Lion” 22 yaşlı futbolçunun transferi ilə bağlı razılığa gəlmək üzrədir. Müqavilənin məbləğinin 17 milyon avro olacağı gözlənilir.

İngiltərəli futbolçu “Liverpul” akademiyasının yetirməsidir. O, əsas komandada indiyədək 14 oyuna çıxıb və 1 məhsuldar ötürmə ilə yadda qalıb. Onun “Liverpul”la hazırkı müqaviləsi 2026-cı ilin ortalarına qədər qüvvədədir.

"Transfermarkt" portalının məlumatına əsasən, futbolçunun bazar dəyəri hazırda 7 milyon avrodur.

Избранный
18
90deqiqe.az

1Источники