RU

“Şəhidlər ölməz, Vətən bölünməz” adlı anım mərasimi keçirilib (VİDEO)

Bakı. Trend:

Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhidlik zirvəsinə yüksələnAdışov Qüdrət Rahim oğlu və Hüseynov Valeh Mirzə oğlunun xatirəsinəhəsr olunan “Şəhidlər ölməz, Vətən bölünməz” adlı anım mərasimikeçirilib.

Müdafiə Nazirliyindən Trend-ə bildirilib ki, Həzi Aslanov adına Orduİdeoloji və Mədəniyyət Mərkəzində keçirilən tədbirdə MüdafiəNazirliyinin əməkdaşları, ictimaiyyət nümayəndələri, hər ikişəhidimizin ailə üzvləri, yaxınları və döyüş yoldaşları iştirakediblər.

Əvvəlcə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin, eləcə dəAzərbaycanın müstəqilliyi, ərazi bütövlüyü və suverenliyi uğrundaşəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Anım mərasimində çıxış edənlər igid oğullarımızın döyüşlərdəgöstərdikləri qəhrəmanlıq və şücaət nümunələrindən söz açıblar.

Tədbirin iştirakçılarına şəhidlərin həyat yolunu əks etdirənvideomaterial təqdim olunub, onların döyüş yolu haqqında ətraflıməlumat verilib, vətənpərvərlik mövzusunda musiqilərsəsləndirilib.

Şəhidlərin ailə üzvləri və yaxınları onlara göstərilən diqqət vəqayğıya, eləcə də şəhidlərimizin xatirəsinin daim uca tutulduğunagörə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin AliBaş Komandanı İlham Əliyev və Birinci vitse-prezident MehribanƏliyevaya, həmçinin Müdafiə Nazirliyinin rəhbərliyinəminnətdarlıqlarını bildiriblər.

Избранный
29
3
az.trend.az

5Источники