RU

Suriya Azərbaycana təşəkkür etdi

Yalnız Suriyaya dost və qardaş ölkələr onun xalqının rifahını və firavanlığını düşünə bilər.

Bunu Suriyanın energetika naziri Məhəmməd Əl Bəşir avqustun 2-də Türkiyənin Kilis şəhərində Azərbaycan qazının Türkiyə ərazisindən Suriyaya

nəqlinə başlanılması ilə bağlı tədbidə deyib.

Söz verildiyi kimi bu layihənin ən qısa vaxtda həyata keçirildiyini xüsusi olaraq vurğulayan Suriyanın energetika naziri bildirib ki, dost və qardaş

ölkələr olan Azərbaycan və Türkiyə ilə əməkdaşlıq edilməsi onlar üçün böyük xoşbəxtlikdir.

Məhəmməd Əl Bəşir Suriyada rifahın yaxşılaşdırılması və ölkənin bərpası istiqamətində göstərdiyi dəstəyə görə Azərbaycan və Türkiyə dövlətlərinə

təşəkkürünü bildirib. (Report)

Избранный
11
11
referans.az

10Источники