RU

“Vulverhempton” David Volfeni transfer etdi

“Vulverhempton” müdafiə xəttini yeni oyunçu ilə gücləndirib.

90deqiqe.Az-ın məlumatına görə, İngiltərə Premyer Liqası klubu Niderland çempionatında çıxış edən David Möller Volfe ilə rəsmi müqavilə imzalayıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Volfe ilə 5 illik müqavilə imzalanıb və o, növbəti mövsümdən etibarən “Vulverhempton”un uğurları üçün mübarizə aparacaq. Norveçli cinah müdafiəçisi “AZ Alkmaar” klubundan 12 milyon avro qarşılığında transfer olunub.

23 yaşlı futbolçu geridə qalan mövsümdə “AZ Alkmaar”ın heyətində 47 oyuna çıxıb, 3 qol vurub və 8 məhsuldar ötürmə edib. Volfe eyni zamanda Norveç milli komandasının da üzvüdür.

Premyer Liqanın yeni mövsümündə “Vulverhempton” ilk oyununu 16 avqust tarixində “Mançester Siti”yə qarşı keçirəcək.

Избранный
18
90deqiqe.az

1Источники