RU

Türkiyədən Yunanıstana tutarlı cavab: Yeni qorunan ərazilər elan edildi

Yunanıstanın Egeydə “dəniz parkları” elan etməsinə cavab olaraq, Türkiyə Şimali Egey və Fethiye-Kaş sahillərində yeni Dəniz Qoruma Əraziləri müəyyənləşdirib.

Publika.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, yeni ərazilər YUNESKO-nun Hökumətlərarası Okeanoqrafiya Komissiyasının xəritəsində əks olunub.

Xəritə Ankara Universitetinin Dəniz Hüququ üzrə Milli Araşdırma Mərkəzinin rəhbərliyi ilə hazırlanıb. Türkiyə rəsmiləri bu zonalarda ekosistemin qorunacağını, naviqasiya azadlığına toxunulmayacağını bildirib.

Yunan mətbuatı Türkiyənin addımını tənqid edərək, bu ərazilərin Samotrasiya və Meis adalarının sularını pozduğunu, Lemnos adasına çıxışı məhdudlaşdırdığını yazıb.

Türkiyə isə Yunanıstanın Fethiyənin ərazi sularını pozan planlarının qəbuledilməz olduğunu vurğulayıb.

Избранный
23
1
publika.az

2Источники