RU

Türkiyəli məşhur aktrisa Ezgi Molanın keçmiş həyat yoldaşına silahlı hücum edildi

Oxu.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Türkiyənin məşhur aktrisası Ezgi Molanın keçmiş həyat yoldaşı Mustafa Aksakallı Alaçatıda sahibi olduğu məkanda silahlı hücuma məruz qalıb.

Oxu.Az xəbər verir ki, bu barədə məlumatı DHA yayıb.

Hadisə şahidləri baş verənlərlə bağlı kadrlar çəkə biliblər. Videoda müştərilərin təlaş içində qapı və pəncərədən qaçdıqları aydın görünür.

Ezgi Mola’nın eski eşi Mustafa Aksakallı’nın Alaçatı’daki mekanı kurşunlandıSondakika ve Güncel Haberler için:https://t.co/igmTDYe5w5#EzgiMola #MustafaAksakallı #alacati #oxuaz pic.twitter.com/0rEwPzBnsa

— Türk Dünyası Haberleri (@oxuazturkce) August 2, 2025

Hadisə müştərilər arasında baş verən gərginlik fonunda yaşanıb. Bildirilib ki, məkanda dava edən iki nəfər Aksakallıya atəş açaraq onun ayağından yaralanmasına səbəb olub.

Silahlı insident zamanı Aksakallının bir əməkdaşı da xəsarət alıb.

Hazırda hüquq-mühafizə orqanları hadisə ilə bağlı istintaqa başlayıb. Hücum edən şəxslərin kimliyi və motivləri araşdırılır.

Mustafa Aksakallının vəziyyətinin stabil olduğu bildirilir.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
31
oxu.az

1Источники