RU

Ürəkdə çat necə yaranır? Kardioloqdan ilginc açıqlama

ain.az, Medicina portalına istinadən məlumat verir.

“Ürəyim, bağrım çatladı” ifadəsinin elmi tibbi əsası varmı. Ürək bir orqan kimi çat verə bilərmi?

“Medicina” xəbər verir ki, kardioloq-aritmioloq Emin Kərimi ürəkdə çat diaqnozuna toxunub.

“Çatlamaq sözü sərt, qırılan səthlərə, əşyalara aiddir. Ürək əzələdən ibarət olduğu üçün çatlaya bilməz. Amma həkimlərin çatlamaq sözü altında nəzərdə tutduğu vəziyyət çapıqdır.

Bir orqan və ya toxuma zədələndikdə və ya sağaldıqda, yerində çapıq izi qalırsa, ürək əzələsi də zədələndikdə çapıq yarana bilər. Çapıq yaranmasının ən birinci səbəblərindən biri, nə vaxtsa keçirilmiş gizli infarktdır. Amma digər səbəblər də var.

Ürəkdəki çapığı kardioqramma, hətta EXQ belə göstərə bilməz. Bu məsələdə ən önəmli müayinə ürək MRT-sidir. Bu səbəbdən əgər sizə adi kardioqramma müayinəsində ürəyində çat var, bundan narahat olmaq lazım deyil. Bunun üçün daha dəqiq müayinələr lazımdır”.

Aygün Musayeva

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
8
icma.az

1Источники