RU

“Turan Tovuz” Albaniya klubu ilə qarşılaşacaq

"Turan Tovuz" bu gün Türkiyə toplanışı çərçivəsində növbəti yoxlama görüşünə çıxacaq.

Bizim.Media xəbər verir ki, Tovuz təmsilçisi "Flamurtari" ilə qarşılaşacaq.

Matça Bakı vaxtı ilə saat 18:00-da start veriləcək.

Qeyd edək ki, “Turan Tovuz” bunadək “Çorum” və “Keçiörengücü” ilə (hər ikisi Türkiyə) heç-heçə edib – 1:1, 0:0.

Rəşad Rafiqoğlu, Bizim.Media

Избранный
49
3
bizim.media

4Источники