RU

Zaur Axundov "Araz-Naxçıvan"ın "Aris"i üstələməsindən danışdı

BAKI, 2 avqust. TELEQRAF

“Bu, bütün komandanın işi, başda məşqçilər, futbolçular olmaqla, bütün heyətin əməyinin nəticəsidir. Bir naxçıvanlı kimi komandamızın ilk dəfə avrokuboklara vəsiqə qazanmasına və mərhələ adlamasına sevinirəm”.

Teleqraf xəbər verir ki, bunu Naxçıvan Futbol Federasiyasının prezidenti və “Araz-Naxçıvan”ın faktiki rəhbəri Zaur Axundov Naxçıvan TV-yə açıqlamasında deyib.

Klub rəsmisi “qırmızı-ağlar”ın Yunanıstan "Aris"ini iki oyunun yekununda (2:1, 2:2) üstələyərək, tarixdə ilk dəfə UEFA Konfrans Liqasının III təsnifat mərhələsinə yüksəlməsini şərh edib: "Heyətdə 60-70 faiz dəyişiklik etmişik. Çox peşəkar oyunçular dəvət olunub. Təbii ki, motivasiya öz yerində, amma komanda da öz işini bilir. Onlar bundan da böyük azarkeş kütləsi önündə çıxış edən oyunçulardır. Öz peşəkarlıqlarını “Aris”lə cavab matçında bir daha göstərdilər. Baxmayaraq ki, 25 min azarkeşin önündə futbol oynadılar”.

Qeyd edək ki, Elmar Baxşıyevin baş məşqçi olduğu komanda UEFA Konfrans Liqasının III təsnifat mərhələsində Kipr təmsilçisi “Omoniya” ilə qarşılaşacaq. Tərəflər arasında ilk qarşılaşma avqustun 7-də “Dalğa Arena”da baş tutacaq. Cavab görüşü isə avqustun 14-də Nikosiyadakı GSP stadionunda olacaq.

Избранный
12
teleqraf.com

1Источники