RU

“Neftçi”nin baş məşqçisi: “Çox razı qaldım” - VİDEO

“Neftçi”nin baş məşqçisi Samir Abasov AEL klubu ilə yoxlama matçından sonra “Neftçi TV”yə müsahibə verib.

Sportinfo.az xəbər verir ki, klubun mətbuat xidmətinə oyun haqda fikirlərini bildirən təcrübəli mütəxəssis təlim-məşq toplanışını da dəyərləndirib:

“Toplanış çox yaxşı keçdi. Əslində, 4 oyun planlaşdırmışdıq, lakin güclü yağış səbəbindən bunlardan 1-i baş tutmadı.

Buna baxmayaraq, bizim üçün çox səmərəli toplanış oldu. Matça gəlincə, çox yaxşı və maraqlı keçdi.

Futbolçuların göstərdiyi oyundan çox razı qaldım. Düşünürəm ki, bu görüş əvvəlkilərdən yaxşı mənada çox fərqləndi.

Artıq meydanda dominant, səbrlə top saxlayan və nələrsə düşünməyə çalışan komanda var idi”.

Müsahibənin tam versiyası ilə aşağıdakı videodan tanış ola bilərsiz:

Избранный
17
sportinfo.az

1Источники