RU

Bakıda məşhur iki bina təhlükə saçır?! Gözlənilməz açıqlama...

ain.az bildirir, Yenisabah saytına əsaslanaraq.

Bakı kimi böyük və daim hərəkətdə olan şəhərlərdə gündəlik həyatın ritmini müəyyən edən əsas amillərdən biri də ictimai nəqliyyatdır. Avtobuslar, taksilər, hətta yeni-yeni tətbiq olunan avtobus zolaqları və velosiped yolları nəqliyyat sisteminin bir parçası olsa da, sürət, dəqiqlik və sərnişin tutumu baxımından metro hələ də digərlərindən açıq fərqlənir.

Metro, nəinki şəhər daxilində ən çevik və tıxacdan asılı olmayan nəqliyyat vasitəsidir, həm də saatbasaat sıxlaşan yol hərəkətində vaxtın qənaətli istifadəsinin açarıdır. Digər nəqliyyat növlərində tez-tez rast gəlinən gecikmələr, sıxlıq və hava şəraitindən asılılıq metronun üstünlüyünü bir qədər də ön plana çıxarır. Elə buna görə də insanlar mənzil alarkən ilk növbədə “metroya yaxınmı?” sualını verir.

Ancaq təhlükəsizlik məsələləri üzrə mütəxəssislər bu rahatlığın gətirdiyi tövsiyələri də gözardı etməməklə bağlı alıcılara xəbərdarlıq edirlər. Əmlak ekspertləri isə heç də belə düşünmür. Onlar təhlükənin çox cüzi olduğunu bildirirlər. Marqarita pizza

Müsahibimiz, əmlak məsələləri üzrə ekspert Ramil Osmanlı “Yeni Sabah”a məsələni belə şərh edib:

“Təbii ki, mənzil sahəsi alarkən insanların daha çox diqqət etdiyi məqamlardan biri və ən birincisi həmin daşınmaz əmlakın ictimai nəqliyyat infranstrukturuna yaxınlığı və əlçatanlığı məsələsidir. Bu cəhətdən metro birinci yerdə gəlir. Azərbaycanda alternativ ictimai nəqliyyat sahələri həralda metro qədər inkişaf etməmişdir. Hələ indilərdə avtobus zolaqları çəkilir, daha tez və intensiv hərəkət təşkil olunur. Gələcəkdə tramvay xətlərinin çəkilməsi istiqamətində müzakirələr də gedir. Amma bu günə qədər bu tendensiya metronun xeyrinə dəyişməz olaraq qalıb. Yəqin ki metrostansiyaların sayı artırıldıqca bu tendensiya bir qədər də genişlənəcək. Xüsusilə nəzərə almaq lazımdır ki, gələcəkdə metropolitenin daha səmərəli fəaliyyətinin təşkili üçün müəyyən proqramlar işlənir. Bütün bunlara əsasən vətəndaşlar ev alarkən metro yaxınlığını əsas götürürlər”.

Ekspert Bakıda iki binanın bu cəhətdən daha riskli olduğunu vurğulayıb:-

“Təhlükəsizliklə bağlı istiqamətlərə gəldikdə isə “Sahil” metrosu üzərində inşa olunan çoxmənzilli binanı və Xətai metrosunun üstündəki “Dəmirçi Plaza”nı nəzərə almasaq, demək olar ki, Bakıda bilavasitə metrostansiyaların üzərində çoxmənzilli bina inşa olunmasına rast gəlinmir.

Hər bir halda bina layihələndirilərkən, bioloji kəşfiyyat işləri aparılanda qurumlar tərəfindən rəy verilir və bu məsələ də nəzərə alınır. Ola bilsin ki, metroya daha yaxın olan və vibrasiya zonasına düşən binanın fiziki baxımdan aşınması başqa bir ərazidə yerləşən bina ilə müqayisədə daha çoxdur. Amma mən hesab etmirəm ki, bu hər hansı ciddi təhlükə törədə bilər. Bu həm də bir zövq və yanaşma məsələsidir”.

Aytac Əliyeva 

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
7
1
yenisabah.az

2Источники