RU

Almaniyada pivə satışında rekord azalma SƏBƏB

ain.az, Olke.az portalına istinadən məlumatı açıqlayır.

Almaniyanın Federal Statistika İdarəsi (Destatis) 2025-ci ilin ilk yarısında ölkədə pivə satışlarının yeni antirekord həddə düşdüyünü açıqlayıb. Bu barədə qurumun rəsmi saytında məlumat verilib.

Ölkə.Az-ın məlumatına görə, rəqəmlərə əsasən, pivə satışları ötən ilin eyni dövrü ilə müqayisədə 262 milyon litr azalıb ki, bu da 6,3%-lik geriləmə deməkdir. İlk dəfə olaraq 1993-cü ildən bəri altı aylıq satış həcmi 4 milyard litrdən aşağı düşüb.

Qeyd edək ki, oxşar azalma templəri 2023-cü ilin ikinci yarısında və 2020-ci ilin ilk yarısında da müşahidə olunmuşdu. O dövrdə pivə ixracı da 7,1% azalmışdı.

Mütəxəssislər bu sabit azalma tendensiyasını demoqrafik dəyişikliklərlə, sağlam həyat tərzinin populyarlaşması ilə və gənclər arasında istehlak vərdişlərinin dəyişməsi ilə əlaqələndirirlər.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
25
2
olke.az

3Источники