RU

ABŞ bu ölkəyə nüvə sualtı qayığı YERLƏŞDİRƏCƏK

ain.az bildirir, News24 portalına istinadən.

ABŞ Prezidenti Donald Tramp, Rusiyaya yaxın strateji bölgələrə iki nüvə sualtı qayığının yerləşdirilməsi barədə əmr verdiyini açıqlayıb. Bu qərar, Rusiya Təhlükəsizlik Şurası sədr müavini Dmitri Medvedevin son bəyanatlarına cavab olaraq verilib.

News24.az xəbər verir ki, Tramp, Truth Social platformasında etdiyi paylaşımda Medvedevin sözlərini “təxrikedici və məsuliyyətsiz” adlandırıb və belə halların yalnız sözlərlə məhdudlaşmayacağı təqdirdə hərbi tədbirlərin qaçılmaz ola biləcəyini bildirib.

“Sözlər əhəmiyyətlidir və tez-tez istənməyən nəticələrə səbəb ola bilər. Ümid edirəm bu, onlardan biri olmaz”, – deyə Tramp qeyd edib.

Qeyd edək ki, bu addım ABŞ ilə Rusiya arasındakı gərgin münasibətlərin daha da artacağı ehtimalını gündəmə gətirib.

Xeyrənsə Piriyeva

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
2
1
news24.az

2Источники