RU

Azərbaycan-İran sərhədində 5 kq-dan çox marixuana aşkarlanıbFOTO

Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Horadiz” sərhəd dəstəsinin xidməti ərazisində İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamətinə dövlət sərhədinin pozulması halının qarşısı alınıb.

Xezerxeber.az xəbər verir ki, bu barədə DSX məlumat yayıb. 

Keçirilmiş sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində xidməti ərazidən ümumi çəkisi 5 kiloqram 820 qram narkotik vasitə marixuana aşkar olunaraq götürülüb.

Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.

  • Azərbaycan-İran
Избранный
8
30
xezerxeber.az

10Источники