Yaponiyada 5,5 bal gücündə zəlzələ baş verib.
Far.Az xəbər verir ki, 10 km dərinlikdə qeydə alınana yeraltı təkan ölkənin şərq sahillərində baş verib.
Bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi (EMSC) məlumat yayıb.
Qeyd edilib ki, zəlzələ Hokkaydo adasının şimal-şərqindəki Nemuro şəhərindən 108 km aralıda yaşanıb.
Zərərçəkənlər və dağıntılar barədə heç bir məlumat yoxdur.