RU

Trampdan Medvedevin nüvə bəyanatına çox sərt reaksiya - ABŞ Rusiya yaxınlığına iki sualtı nüvə qayığı göndərdi


ABŞ prezidenti Donald Tramp Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedevin nüvə silahı ilə bağlı son açıqlamalarına sərt addımla cavab verib. Belə ki, Tramp iki nüvə sualtı qayığının Rusiya yaxınlığına yerləşdirilməsinə dair göstəriş verdiyini açıqlayıb.

“Rusiya Federasiyası Təhlükəsizlik Şurasının sədr müavini olan keçmiş Rusiya prezidenti Dmitri Medvedevin son dərəcə təxribat xarakterli açıqlamalarından sonra mən iki nüvə sualtı qayığının müvafiq yerlərə yerləşdirilməsinə göstəriş verdim” deyən Tramp bildirib ki, bu “ehtiyatsız və təxribatçı bəyanatların” sadəcə sözlərdən ibarət olmadığını anlamaq üçün bu addımı atdıqlarını deyib.

Son diplomatik böhran Trampın Rusiyaya qarşı yeni sanksiya və Ukrayna böhranı ilə bağlı 10 günlük ultimatumundan sonra Medvedevin açıqlamaları ilə başlayıb. Medvedev "Rusiya İran və ya İsrail deyil" deyərək, bu cür tələbləri "ABŞ-la müharibəyə doğru addım" adlandırıb. Rusiya rəsmisi bildirib ki, Tramp “ölü əl”i (Rusiyanın avtomatlaşdırılmış nüvə cavab sistemi) nəzərdən keçirməlidir.

Trampın nüvə sualtı qayıqlarını yerləşdirmək qərarı iki ölkə arasında gərginliyi birdən-birə hərbi səviyyəyə çatdırıb. ABŞ lideri xəbərdarlıq edib ki, "sözlər böyük önəm daşıyır və çox vaxt gözlənilməz nəticələrə səbəb ola bilər".

Nüvə qayıqlarının hansı bölgələrə yerləşdirildiyi dəqiq açıqlamnır. Ekspertlər bildirirlər ki, ABŞ sualtı qayıqları çox güman ki, NATO sularında yerləşdirilib və Rusiyanın Baltik və Qara dənizlərdə hərbi mövcudluğuna qarşı çəkincirici vasitə kimi istifadə oluna bilər, lakin strateji əhəmiyyətinə görə dəqiq yeri açıqlanmır.

ABŞ Senatının lideri Lindsi Qrim xəbərdarlıq edib ki, Rusiya Trampın sülh səylərini lazımınca qiymətləndirməsə, "böyük səhvə yol verəcək". ABŞ dövlət katibi Marko Rubio da Medvedevin bəyanatlarını "təxribatçı" hesab etdiyini, lakin onların Rusiya-Ukrayna münasibətlərinə təsir edəcəyinə inanmadığını bildirib.

Rusiya Dövlət Dumasının deputatı, Avrasiya İnteqrasiyası və Vətəndaşlarla Əlaqələr Komitəsi sədrinin birinci müavini Viktor Vodolatski isə deyib ki, dünya okeanlarında Rusiyanın nüvə sualtı qayıqlarının sayı Amerikanınkından çoxdur: “Ona görə də buraxın Trampın iki sualtı qayığı bir az üzsün. Onlar uzun müddətdir ki, nəzarət altındadır. ABŞ liderinin sualtı qayıqlarla bağlı açıqlamasına Rusiyanın cavab verməsinə ehtiyac yoxdur. Bizdən heç bir cavab olmayacaq, çünki biz Donald Trampın kim olduğunu çox yaxşı bilirik. Son bir neçə ay göstərdi ki, o, hər gün fikirlərini dəyişir”.

Ekspertlər xəbərdarlıq edir ki, son hadisələr soyuq müharibəni xatırladan nüvə gərginliyinə çevrilə bilər.

TAHİR

Избранный
30
50
baki-xeber.com

10Источники