RU

“Marsel”dən 30 milyonluq transfer

Fransanın “Marsel” klubu heyətini yeni oyunçu ilə gücləndirib.

Futbolpress.az xəbər verir ki, Fransa təmsilçisi “Feyenoord”dan İqor Payşaonu transfer edib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. “Marsel” sol cinah oyunçusu üçün 30 milyon avro ödəyib.

25 yaşlı futbolçu ötən mövsüm Niderland Erediviziyasında 34 oyunda 16 qol vurub, 10 məhsuldar ötürmə edib.

Избранный
5
1
futbolpress.az

2Источники