RU

Trampın adı Epşteyn sənədlərindən niyə silinib?

Dogru.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

ABŞ-ın sabiq prezidenti Donald Trampın adı maliyyəçi Cefri Epşteyn işi ilə bağlı sənədlərdən çıxarılıb.

Doğru.az xəbər verir ki, bu barədə Bloomberg agentliyi mənbələrə istinadən məlumat yayıb.

Məlumata görə, 2006-cı ildə Epşteynlə bağlı federal təhqiqat başladığı zaman Tramp şəxsi vətəndaş olduğundan, FTB onun və bir sıra digər tanınmış şəxslərin adlarını sənədlərdə redaktə edib. Agentliyin yazdığına görə, sənədlər ictimaiyyətə təqdim olunmazdan əvvəl məxfiliyin qorunması məqsədilə müəyyən adlar gizlədilib.

FTB əməkdaşları Epşteyn işi ilə bağlı sənədlərdə Tramp və digər ictimai fiqurlara dəfələrlə istinad etsələr də, həmin adlar açıqlanmayıb.

Xatırladaq ki, bir müddət əvvəl iş adamı İlon Mask da açıqlama verərək bildirmişdi ki, Epşteynin müştəriləri sırasında ABŞ Demokrat Partiyasının yüksək rütbəli üzvləri və onların sponsorları yer alır.

DOĞRU.AZ

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
25
1
dogru.az

2Источники