RU

Aktau şəhərində dayanıqlı inkişafa dair yanaşmalar razılaşdırılıb

Azertag portalından verilən məlumata əsasən, ain.az bildirir.

Astana, 2 avqust, AZƏRTAC

Mərkəzi Asiya ölkələrinin ekologiya nazirləri 2026-cı ildə keçiriləcək Regional Ekoloji Sammitə hazırlıq çərçivəsində Aktau şəhərində görüş keçiriblər.

AZƏRTAC Qazaxıstanın Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətinə istinadla xəbər verir ki, COP29-un prezidenti, Azərbaycan Respublikası Prezidentinin iqlim məsələləri üzrə nümayəndəsi Muxtar Babayev videomüraciətlə çıxış edib.

İclas zamanı 2026-cı ildə keçiriləcək Regional Ekoloji Sammitin yenilənmiş Konsepsiyası təqdim olunub və müzakirə edilib, həmçinin Mərkəzi Asiya dövlət başçılarının ekologiya və dayanıqlı inkişaf sahəsində regional əməkdaşlıqla bağlı Birgə Bəyanat layihəsi nəzərdən keçirilib.

Tədbir iştirakçıları təkliflər irəli sürüb və gələcək birgə fəaliyyətə dair yanaşmaları razılaşdırıblar.

Elşən Rüstəmov

AZƏRTAC-ın xüsusi müxbiri

Astana

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
24
4
azertag.az

5Источники