RU

“Əl-Nəsr” Avstriyadan qaçdı: Ronaldoya görə

“Əl-Nəsr” planlaşdırılan təlim-məşq toplanışının sonuna qədər Avstriyada qala bilməyib.

Publika.az xəbər verir ki, komanda “Tuluza” ilə yoldaşlıq oyunundan sonra Portuqaliyaya yollanıb və avqustun 4-dək millinin bazasında məşq edəcək.

Erkən gedişin rəsmi izahı kimi Avstriyada pis hava şəraiti göstərilir. Amma mətbuat təhlükəsizlik məsələləri ilə bağlı məlumat verir. “Austrian Sky Sport”un məlumatına görə, futbolçular, xüsusən də Kriştiano Ronaldo azarkeşlər tərəfindən narahat edilib.

Futbolçular 24 saat oteldən kənarda müşahidə altında saxlanılıb və otelin daxilində azarkeşlərlə futbolçular arasında bir neçə görüş səs-küyə səbəb olub. Həmçinin bildirilir ki, uşaqlar Ronaldonun otağının qapısını döyüblər və heyət təhlükəsizlik səviyyəsini xeyli artırmalı olub.

Избранный
36
2
publika.az

3Источники