RU

Bakıda qadını avtomobil vurdu - vəziyyəti ağırdır

BAKI, 2 avqust. TELEQRAF

Bakının Xəzər rayonunda yol qəzası zamanı qadın ağır xəsarət alıb.

Teleqraf xəbər verir ki, yol nəqliyyatı hadisəsi Binə qəsəbəsində baş verib.

1959-cu il təvəllüdlü Dəmirova Şücaət Fərman qızı yolun piyada üçün müəyyən edilməyən hissəsindən keçərkən onu minik avtomobili vurub.

Hadisəni törədən sürücü yaralını xəstəxanaya çatdırıb.

Piyadanın vəziyyəti ağırdır.

Избранный
34
teleqraf.com

1Источники