ABŞ-nin şimal-şərqində güclü yağış və daşqın həyatı alt-üst edib.
“Qafqazinfo” yerli KİV-ə istinadən xəbər verir ki, Nyu-York, Nyu-Cersi, Filadelfiya, Vaşinqton və Merilend ştatlarının çoxsaylı bölgələrində daşqınlar, yollar bağlanıb, qatarların hərəkəti dayandırılıb və bir nəfər ölüb.
Şimal-şərqdə yağan güclü yağış və daşqın nəticəsində bir nəfər həlak olub və nəqliyyat ciddi şəkildə pozulub.
Nyu-York və Nyu-Cersi ştatlarında fövqəladə vəziyyət elan edilib.
Merilend ştatının Ayri dağında bir nəfərin artan sel suları altında qaldığı və həlak olduğu bildirilir.
Hadisə ilə bağlı araşdırmalara başlanılıb.