"Difai" daha iki futbolçusu ilə yollarını ayırıb.
Sportinfo.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
1-ci liqa təmsilçisi Murad Şirinov və Seymur Rəhimovla vidalaşıb.
"Difai" bunadək Ceyhun Muxtarlı, Ömər Məmmədzadə, Rəvan Əvəzov, Riad Abbaszadə, Əbil Əbilov və Mahir Həsənovla da yollarını ayırıb.