RU

Samir Abasov: Bizim üçün çox səmərəli toplanış oldu - VİDEO

BAKI, 2 avqust. TELEQRAF

“Neftçi”nin baş məşqçisi Samir Abasov AEL klubu ilə yoxlama matçından sonra “Neftçi TV”yə müsahibə verib.

Teleqraf xəbər verir ki, oyun haqda fikirlərini bildirən təcrübəli mütəxəssis təlim-məşq toplanışını da dəyərləndirib: “Toplanış çox yaxşı keçdi. Əslində, 4 oyun planlaşdırmışdıq, lakin güclü yağış səbəbindən bunlardan 1-i baş tutmadı. Buna baxmayaraq, bizim üçün çox səmərəli toplanış oldu. Matça gəlincə, çox yaxşı və maraqlı keçdi. Futbolçuların göstərdiyi oyundan çox razı qaldım. Düşünürəm ki, bu görüş əvvəlkilərdən yaxşı mənada çox fərqləndi. Artıq meydanda dominant, səbrlə top saxlayan və nələrsə düşünməyə çalışan komanda var idi”.

Yada salaq ki, “Neftçi” Polşa təlim-məşq toplanışı çərçivəsində sonuncu yoxlama oyununda Kiprin AEL klubu ilə qarşılaşıb. Matçda heç-heçə qeydə alınıb – 2:2. “Neftçi”nin qollarını Bassala Sambu (18-ci dəqiqə) və Ramil Şeydayev (90-cı dəqiqə) vurublar.

Избранный
33
7
teleqraf.com

10Источники