RU

Ukraynaya 10 milyard dollarlıq silah tədarükü üçün yeni mexanizm hazırlanır

ABŞ və NATO-ya üzv olan digər ölkələr Ukraynaya hərbi təchizat üçün yeni mexanizm hazırlamağa başlayıblar.

“Qafqazinfo”  “Lenta.ru”ya istinadən xəbər verir ki, bunun üçün Amerika silahlarının alınması nəzərdə tutulur. 

Yeni mexanizmlə alyans ölkələri Ukrayna Silahlı Qüvvələrini 10 milyard dollar dəyərində silahla təmin edəcək. 

“Bu mexanizmə görə, Kiyev 500 milyon dollarlıq partiyalarla alacağı silahların prioritetini müəyyənləşdirməlidir. Bundan sonra NATO onlara kimin pul ayıracağına qərar verəcək. Bu yanaşma Avropa ölkələrinə uzun bürokratik prosedurlardan yan keçərək ABŞ-dən sürətlə silah almağa imkan verəcək”, - deyə mənbə bildirir.

Agentliyin məlumatına görə, hazırda yeni mexanizm çərçivəsində Ukrayna üçün ən azı bir silah partiyası müzakirə olunur.

Избранный
9
1
qafqazinfo.az

2Источники