Bakı. Trend:
Yəmənin “Ənsar Allah” hərəkatının üzvləri hipersəs ballistikraketdən istifadə edərək Tel-Əvivdəki Ben-Qurion hava limanınahücum edib.
Trend xəbər verir ki, buiddia ilə hərəkatın sözçüsü Yəhya Saria çıxış edib.
"Raket qüvvələrimiz Fələstin-2 tipli hipersəs ballistik raketdənistifadə edərək Ben-Quriona hücum edərək unikal hərbi əməliyyathəyata keçirib", - deyə o bildirib.