RU

İsrailə ballistik raketlər atdılar

Yəməndən İsrailə raket zərbəsi endirilib.

 “Qafqazinfo”  Türkiyə mətbuatına istinadən xəbər verir ki,Yəməndə İranın dəstəklədiyi husilər İsrailin Tel-Əviv şəhərindəki Ben Qurion hava limanını hipersonik ballistik raketlə hədəfə aldıqlarını açıqlayıb.

Husilərin sözçüsü Yəhya Seri, Tel-Əviv yaxınlığında yerləşən Ben Qurion hava limanına Fələstin-2 hipersonik ballistik raketi ilə hücum etdiklərini və hücumun uğurlu olduğunu bildirib.

Seri hücumun Fələstin xalqına dəstək və Qəzza zolağında soyqırım törədən İsrailə cavab olduğunu bildirib. 

İsrail ordusu Yəməndə husilərin atdığı ballistik raketin hava hücumundan müdafiə sistemləri tərəfindən vurulduğunu  və həyəcan siqnallarının işə salındığını bəyan edib. 

 

Избранный
72
6
qafqazinfo.az

10Источники