RU

"Əl-Hilal"ın Nunyes arzusu

"Əl-Hilal" hücumçu axtarışını davam etdirir.

İdman.biz xəbər verir ki, Səudiyyə Ərəbistanı klubu Darvin Nunyeslə ilkin danışıqlara start verəcəklər.

"Liverpul" uruqvaylı futbolçunun satışına qarşı deyil. Ötən mövsümdə əsas heyətdə yerini itirən Darvin də komandadan getmək arzusundadır. "Qırmızılar" Nunyesi 70 milyondan ucuz satmaq niyyətində deyillər.

Qeyd edək ki, 25 yaşlı forvard "Liverpul"in heyətində son mövsümdə 47 oyunda 7 qol və 7 ötürmə ilə yadda qalıb.

İdman.biz

Избранный
15
1
idman.biz

2Источники