RU

“ABŞ qaranlıq dövrlərə girir”: Bayden Trampı sərt tənqid etdi və amerikalıları mübarizəyə çağırdı

ABŞ prezidenti Co Bayden keçmiş prezident Donald Trampı tənqid edərək bildirib ki, ölkə “qaranlıq dövrlərə doğru irəliləyir”. Bu barədə o, çıxışı zamanı deyib və amerikalıları demokratiyanı qorumaq üçün mübarizəyə səsləyib.

Baydenin sözlərinə görə, Trampın siyasi ritorikası və davranışları ABŞ-ın demokratik dəyərlərinə təhlükə yaradır. Prezident bildirib ki, keçmiş rəhbərliyə qayıdış Amerikanın gələcəyi üçün ciddi risklər daşıyır.

O əlavə edib ki, ABŞ vətəndaşları öz hüquq və azadlıqlarını qorumaq üçün birləşməlidir: “Biz demokratiyamız uğrunda ayağa qalxmalı, birgə mübarizə aparmalıyıq. Gələcəyimizi qorumaq bu gündən başlayır.”

Baydenin bu açıqlamaları 2024-cü il prezident seçkiləri ərəfəsində Trampın yenidən siyasi səhnəyə qayıtmaq planlarına cavab kimi qiymətləndirilir.

//Samir Qurbanov, Editor.az

Избранный
21
editor.az

1Источники