Rusiyanın xalq artisti, rejissor və pedaqoq Yuri Yeryomin 82 yaşında vəfat edib.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə "Mossovet Teatrı" məlumat yayıb.
O, xarici nəsrlərin çoxunu, həmçinin Lermontovun, Turgenevin, Dostoyevskinin əsərlərini tamaşaya qoyub. Onun tamaşaları bu gün Mossovet Teatrının repertuarına daxil edilir.
Yeryomin 2000-ci ildən "Mossovet" teatrında fəaliyyət göstərib.