RU

İranda 3 məhkumun barmaqları kəsildi


İranda bir neçə dəfə oğurluq edən üç məhkumun barmaqları məhkəmə qərarı ilə amputasiya edilib.

"Unikal" xəbər verir ki, bu adamlar “peşəkar oğru” kimi tanınıb və dörd müxtəlif vilayətdə 40-dan çox şəxsi talayıblar. İran Ali Məhkəməsi bütün apellyasiya prosedurları başa çatdıqdan sonra hökmü qüvvədə saxlayıb.

Cəza baş barmaq istisna olmaqla, sağ əlin dörd barmağının kəsilməsi ilə həyata keçirilib. İran tərəfinin bildirdiyinə görə, məhkumlar zərərçəkmişlərlə əməkdaşlıq etməkdən imtina ediblər və oğurladıqları qiymətli əşyaları, əsasən də qızıl-zinət əşyalarını qaytarmayıblar ki, bu da onlara daha yüngül cəza ilə hesablaşmaq imkanı verə bilərdi.


Избранный
20
5
news24.az

6Источники