"Dövlət dilinin digərlərindən fərqi təkcə anlamaq və anlatmaq deyil, həm də kimlik daşıyıcılığındadır. Yəni Ulu Öndər Heydər Əliyev 1978-ci ildə dilimizədövlət dili statusu qazandırmaqlaəslində bizim sovet yox, Azərbaycan xalqı olduğumuzugöstərdi".
Bu barədə AzNews.az-a millət vəkili Sahib Alıyev açıqlama verib. O, deyib:
"Ortada başqa təklifin də olmasına baxmayaraq 1995-ci il Konstitusiyasında dövlət dilinin məhz Azərbaycan dili adlandırılması da onun istəyi idi vəsəbəbsiz deyildi. Detallara varmadan deyim ki, ikinci Qarabağ savaşında biz bunun nə demək olduğunu daha dərindən dərk etdik. Və bu savaş həm də dilin, dilimizin adının qələbəsi idi.Nə mutlu dövlət dilim Azərbaycan dilidir deyənlərə"!