RU

“Vətəndaş Cəmiyyətinin inkişafında dini-mənəvi dəyərlərin rolu” layihə çərçivəsində dördüncü tədbir keçirilib - FOTOLAR » AzadMedia.az


Din və Qadın Hüquqları İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə Cəlilabadda “Vətəndaş Cəmiyyətinin inkişafında dini-mənəvi dəyərlərin rolu” layihəsi çərçivəsində dördüncü tədbir keçirib.

Azadmedia.az QHT.az-a istinadla xəbər verir ki, layihə çərçivəsində beşinci tədbir 30 iyul 2025-ci il də Cəlilabad şəhərində “Heydər Əliyev Mərkəzində” konfrans zalında keçirildi.Tədbirdə cəmiyyətin müxtəlif təbəqələrini təmsil edən 17 nəfər iştirak edirdi. Dini Qurumlarlar iş üzrə Dövlət Komitəsinin yerli nümayəndələri, Cəlilabad Dini İcma nümayəndələri iştirak edirdilər.Tədbiri giriş sözü ilə açan təlimçi Əntiqə Qurbanova tədbirə maliyyə dəstəyi göstərdiyinə görə Azərbaycan Respublikası QHT-lərə Dövlət dəstəyi agentliyinə və tədbirin keçirilməsinə şərait yaratdığına görə Cəlilabad rayon Heydər Əliyev Mərkəzinin rəhbərliyinə öz təşəkkürünü bildirdi və layihə haqqında məlumat verərək iştirakçıları tədbir müddətində fəal olmağa dəvət etdi. Layihənin təlimçisi iştirakçılara, Vətəndaş Cəmiyyətinin inkişafında əsas rolu olan dini-mənəvi dəyərlərimiz haqqında ümumi məlumat verdi və mənəvi dəyərlərimizə örnək olan, Qarabağın işğaldan azad edilməsində 2-ci Qarabağ müharibəbəsində qəhrəmancasına şəhid olan Cəlilabad şəhidlərinin xatrəsi bir dəqiqəlik sükutla yad edildi. Sonra təlimçi layihə çərçivəsində müzakirə olunan aşağıdakı mövzular barədə maraqlı məlumatlar verdi:

Mənəvi dəyərlərimiz:dilimiz,mədəniyyətimiz,adət-ənənələrimiz və s.
İslam- Mənəvi dəyərin əsasıdır,.İslamın real prinsip və dəyərləri.
İslamda qadın haqları.
Dini fanatizm, xurafat və radikal fundamentalizmə qarşı mübarizə yolları.
Vətəndaş Cəmiyyəti və milli-mənəvi dəyərlərimiz.
Dini tarixi abidələrimiz və Tariximiz .

Tədbir müddətində iştirakçılar çox fəal idilər. Hər çıxış edən iştirakçı rayonun bugünki inkişafı, təhsilin, mədəniyyətin səviyyəsi, yerli adət-ənənlərin yaşadılması barədə maraqlı çıxışlar edirdilər. Cəlilabad Dini İmasının nümayəndələri Vətəndaş Cəmiyyətinin inkişafında dini dəyərlərimizin də xüsusi rolu olduğunu qeyd edərək dinimiz, tarixi ənənələrimiz, dini dəyələrimizin necə qorunması, həmçinin dini dəyərlərimizə zərər verən halların qarşısının alınmasında bu dini icmanın fəlaiyyəti haqqında geniş məlumat verdilər. Onların İslam dininin tolerant bir din olması haqqında söylədikləri iştirakçılar tərəfindən çox maraqla qarşılandı, geniş müzakirələrə səbəb oldu. Ümumilikdə Cəlilabad rayonunda gedən inkişafdan fəxrlə danışır, öz rayonları, yerli adət-ənənələri haqqında maraqlı məlumatlar verirdilər. Eyni zamanda təlimçiyə bu yöndə müxtəlif suallar verir, maraqlı müzakirələr aparırdılar. Cəlilabad rayonunun tarixi, qədimliyini əks etdirən dini-tarixi abidələri haqqında olan çıxışlar iştirakçıları daha çox cəlb etdi. Tədbirdə bizi narahat edən əsas problemlərdən biri, iştirakçılar tərəfindən səsləndirilən belə tədbirlərin rayonda hələ də yetərincə olmaması idi. İştirakçıların da etiraf etdiyi kimi, dini fanatizmin, xurafatçılıq, radikalizm meyillərinin hələ də olması halları, mənəvi dəyərlərimizin əsas sütunlarından olan dinimizdən sui-istifadə edilməsi halları, Cəlilabad rayonunda da az da olsa var, xüsusən kəndlərdə erkən nikah prolemi yetərincədir. Təlimçi Əntiqə Qurbanovanın da vurğuladığı kimi belə halların aradan qaldırılması üçün, dini-mənəvi dəyərlərimizin qorunub saxlanması, təbliğinin Vətəndaş Cəmiyyətinin inkişafı üçün əsas rolunu nəzərə alaraq belə tədbirlərin mütəmadi keçirilməsi, cəmiyyətin müxtəlif təbəqələri arasında maariflənmə işinin aparılmasını vacib hesab edildi.

Tədbir iştirakçıları da bu yöndə tədbirlərin yenidən, daha geniş auditorialarda keçirilməsini təklif edirdilər.

Tədbirin sonunda iştirakçılar üçün çay və şirniyyat süfrəsi təşkil edildi.

Fotolar
Избранный
42
10
azadmedia.az

10Источники