Gəncədə xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Bizim.Media-nın yerli bürosunun məlumatına görə, qəza Bakı-Qazax avtomobil magistral yolunun Gəncədən keçən hissəsində qeydə alınıb.
Hərəkətdə olan “VAZ 21015” markalı avtomobillə “KİA” markalı avtomaşının toqquşması nəticəsində 1999-cu il təvəllüdlü Vəsilə Nəbiyeva, onun bacısı 1991-ci il təvəllüdlü Mədinə Əliyeva və daha bir nəfər - 2002-ci il təvəllüdlü Sami Mustafayev müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdiriliblər. Onlara ilkin tibbi yardım göstərilib, vəziyyətlərinin stabil olduğu bildirilir.
Faktla bağlı araşdırma başlanılıb.
Məqsəd Rəhimov, Bizim.Media, Qərb Bürosu
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта