RU

Məşhur futbolçu həbs oluna bilər

ain.az bildirir, Redaktor.az saytına əsaslanaraq.

Fransanın Nanter şəhər prokurorluğu Mərakeş millisinin 26 yaşlı futbolçusu Əşrəf Hakiminin zorlama işi üzrə cinayət məsuliyyətinə cəlb olunmasını tələb edir.

Redaktor.az xəbər verir ki, bu barədə "Le Parisen" məlumat yayıb.

Qeyd olunub ki, futbolçu 2023-cü ilin fevralında evində baş verən cinsi təcavüzdə şübhəli bilinir.

Adı açıqlanmayan qadın 2023-cü ildə polisə bildirib ki, Hakimi onun razılığı olmadan zorakılıq hərəkətləri etməyə başlayıb. Qadın ayağı ilə futbolçunu itələyərək onun evini tərk edə bilib. Ertəsi gün o, polisə üz tutub, lakin sonda mərakeşliyə qarşı şikayətdən imtina edib.

Prokurorluq hadisəni özü araşdırmaq qərarına gəlib.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
26
2
redaktor.az

3Источники