PSJ-nin və Mərakeş millisinin futbolçusunu zorlama işi ilə bağlı 15 ilə qədər həbs cəzası gözləyir.
İnterpress.az xəbər verir ki, bu barədə Fransa mediası məlumat yayıb.
PSJ-nin və Mərakeş millisinin futbolçusu Əşrəf Hakimi zorlama işi ilə bağlı 15 ilə qədər həbs cəzası gözləyir.
Nəşrin məlumatına görə, hadisə 2023-cü ilin fevralında Parisətrafı qəsəbələrdə baş verib.
24 yaşlı qızın dediyinə görə, o, futbolçu ilə sosial şəbəkədə tanış olub. Daha sonra onun evinə gəlib və orada onun imtinasına məhəl qoymayan Hakimi zorakılıq hərəkətləri edib.
Həmin ilin martında mərakeşli saxlanıldıqdan və dindirildikdən sonra məhkəmə nəzarəti altına alındı, o, bütün ittihamları rədd etdi.
Xuraman Etibarlı
İnterpress.az