RU

"Kəhər" müzakirəsi: "Stadiona Qarabağ atları çıxmalıdır"

Son günlər “Qarabağ” klubunun təqdim etdiyi maskot futbol ictimaiyyətində müzakirələrə səbəb olub. Sosial şəbəkələrdə bəziləri maskotu maraqlı ideya kimi qiymətləndirib, digərləri isə daha güclü simvola ehtiyac olduğunu vurğulayıb.

Ölkə.Az-ın xəbərinə görə, "Futbolpress" saytı bu barədə yazır ki, ayağı düşərli olsa da, maskotun adının və təqdimatın gecikməsinə diqqət çəkib: “Kəhər” qlobala çıxmış “Qarabağ” üçün uğurlu ad sayıla bilməz. Ümumiyyətlə, klubun əsas ləqəbi olan “Köhlən atlar” da bu anlamda məhəlli mahiyyətlidir. Əvvəla adda “ə” hərfinin olması uğursuz yanaşmadır, həmçinin “google translate” “köhlən”in tərcüməsini “bilmir”… Elə “Kəhər” də tərcüməyə “yatmır”.

Bu kontekstdə PR və marketinq üzrə mütəxəssis Abbasəli Hüseynov isə klubun ev oyunları öncəsi Qarabağ atlarının iştirakı ilə milli ruhu əks etdirən bir təqdimat mərasimi təşkil olunmasını təklif edib. Onun fikrincə, belə bir təşəbbüs həm klubun imicini gücləndirər, həm də beynəlxalq səviyyədə maraq doğura bilər.

Mütəxəssisin fikrincə, ev oyunlarından əvvəl stadionda Qarabağ atlarının müşayiəti ilə milli musiqi sədaları səslənə, kluba aid simvollar nümayiş oluna bilər: "Bu cür təqdimatın dünyada mövcud olan bəzi futbol ənənələrinə bənzərliyi qeyd olunur. Məsələn, Portuqaliyanın “Benfika” klubu hər oyundan öncə qartal uçurur, Almaniyanın “Köln” klubu isə simvolu olan keçini meydana gətirir.

Bu addım bir neçə sahədə müsbət nəticələr verə bilər. Məsələn, klubun milli-mədəni simvola əsaslanan fərqli brend obrazı formalaşar, vizual təqdimatlar sosial şəbəkələrdə geniş yayılaraq tanıtım potensialını artırar, azarkeşlərin klubla emosional bağları daha da güclənə bilər".

Избранный
10
4
olke.az

5Источники