RU

Yunan klubu “Araz”la oyuna görə UEFA-ya şikayət edir

Yunanıstanın "Aris" klubu UEFA Konfrans Liqasının 2-ci təsnifat mərhələsində "Araz-Naxçıvan"la cavab oyunundakı (2:2, ilk oyun – 1:2) hakim idarəçiliyi ilə bağlı UEFA-ya rəsmi şikayət ünvanlamağa qərar verib.

Axar.az Qol.az-a istinadən xəbər verir ki, Saloniki təmsilçisi UEFA-nın Hakimlər Departamentinin rəhbəri Roberto Rozettiyə videogörüntülər və rəsmi məktub göndərəcək. "Aris" baş hakim Devid Dikinsonun idarəçiliyinə ciddi narazılıq bildirərək üç epizodu xüsusi olaraq önə çəkir:

"Araz-Naxçıvan"ın yarımmüdafiəçisi Patrik Andrade-nin 6-cı dəqiqədə Uroş Raçiçin topuğuna basmasına görə qırmızı vərəqə ilə cəzalandırılmaması;

16-cı dəqiqədə Fabianoya qarşı cərimə meydançasında baş verən epizodda "Aris"in xeyrinə penalti təyin olunmaması;

Şotlandiyalı hakimin Azərbaycan klubunun xeyrinə penalti qərarı verməsi.

Bildirilir ki, "Aris" Dikinsona qarşı cəza verilməsini tələb edəcək.

Qeyd edək ki, qarşılaşmanın 52-ci dəqiqəsində "Araz-Naxçıvan"ın müdafiəçisi İqor Ribeyro birbaşa qırmızı vərəqə ilə meydandan kənarlaşdırılmışdı.

Избранный
34
2
axar.az

3Источники