ABŞ Prezidenti Tramp Rusiya Təhlükəsizlik Şurasının sədr müavini D.Medvedevin son açıqlamlarına reaksya verib.
AzPost bildirir ki, Tramp Medvedevin bəyanatlarını “təxribat” və “axmaqlıq” adlandırıb:
“Rusiyanın keçmiş prezidenti, hazırda Rusiya Federasiyası Təhlükəsizlik Şurası sədrinin müavini olan Dmitri Medvedevin son dərəcə təxribat xarakterli axmaq və qızışdırıcı bəyanatlarına əsaslanaraq, mən müvafiq regionlarda iki nüvə sualtı qayığının yerləşdirilməsinə dair göstəriş vermişəm.
Sözlər çox vacibdir və tez-tez gözlənilməz nəticələrə səbəb ola bilər. Ümid edirəm ki, bu o hallardan biri olmayacaq. Bu məsələyə diqqətinizə görə təşəkkür edirəm”.
Qeyd edək ki, Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev ABŞ-ı Rusiyanın “Qiyamət” silahı adlnan kütləvi nüvə zərbəsi üçün nəzərdə tutulmuş “Perimetr” avtomatik idarəetmə sistemi ilə hədələyib.